Ərzaqlar:
2 ədəd yumurta
1 st şəkər tozu
1 st süd
1 st bitki yağı
1paket qabartma tozu
1 paket vanil
2 x.q kakao
Un aparanadək (təqribi 2 st)
Fındıq ləpəsi
Şokolad
Hazırlanması:
Yumurtanı mikserlə çalırıq.
Şəkər tozunu əlavə edib yenə bərkiyənə qədər mikserlə çalırıq.
Südü və yağı əlavə edib çalırıq. Sonra qabartma tozunu və vanili əlavə edib çalırıq.
Kakaonu əlavə edib çalırıq.
Unu (2 st un) əlavə edib çalırıq.
Qabı yağlayırıq.
Bəzək üçün fındıq ləpəsini həm sürtgəcdən keçiririk, həm də bıçaqla doğrayırıq.
Doğranmış ləpəni qaba tökürük.
Xəmiri əlavə edirik.
180 dərəcə qızdırılmış sobada 35 dəqiqəyə bişiririk.
Bişmiş keksi qabdan çıxardırıq.
Şokoladı sürtgəcdən keçirib keksin üstünə tökürüb, fındıq ləpəsini səpirik.
Keks tamam soyuduqdan sonra kəsib süfrəyə veririk.
Nuş olsun!