Ərzaqlar:

1st süd

1st şəkər tozu

1st bitki yağı

2 st un

3 yumurta

3 x.q kakao

1 paket vanil

1 paket qabartma tozu

Hazırlanması:

Yumurtanı mikserlə çalırıq.

Şəkər tozunu əlavə edib ağaranadək mikserlə çalırıq.

Yağı əlavə edib çalırıq.

Südü əlavə edib çalırıq.

Vanili və qabartma tozunu əlavə edib çalırıq.

Unu ələdikdən sonra əlavə edib çalırıq.

Alınan kütləni iki yerə bölürük.

Bir hissəsinı kakaonu töküb mikserlə çalırıq.

Diametri 24-26 sm olan qab götürüb birinci kakaosuz xəmirdən 2 böyük yemək qaşığı tökürük.

Sonra kakaolu xəmirdən 2 qaşıq tökürük.

Yenidən kakaosuz bu qayda ilə xəmirlər qurtarana qədər üst-üstə tökürük.

İstəsəniz bəzək üçün diş çöpü (ya da hər hansı nazik çöp) götürüb üstünə naxış salırıq.

170 dərəcə qızdırılmış sobada 40-45 dəqiqəyə bişiririk.

İlıq olanda qabdan çıxardırıq.

Tamam soyuduqdan sonra kəsib süfrəyə verə bilərsiniz.

Nuş olsun!

Comments

comments