Ərzaqlar:

Xəmir üçün:

aparanadək un, təxminən – 3.5 st un

200 q yağ

200 q xama

1 paket qabartma tozu

üzünə 1 x.q şəkər kirşanı

İçlik:

2 st qoz ilə şəkər tozu qarışığı

Zövqə görə az vanil

Hazırlanması:

Yağı əridirik. Unun üstünə yağı, xamanı, qabartma tozunu əlavə edib yumşaq xəmir yoğururuq.

Xəmiri sellofana qoyub 2 saat soyuducuda saxlayırıq.

İçliyi hazirlamaq üçün maşından keçirilmiş qozu şəkər tozu və vanil ilə qarışdırırıq.

Xəmirdən qoz boyda kündə düzəldib uzunsov yayırıq.

Içlik qoyub bükürük.

Banan formasına salırıq.

Qaba kağız sərib pirojnaları yığırıq.

180 dərəcədə qızdırılmış sobada 20-25 dəqiqəyə bişiririk.

Soyuyanda üstünə şəkər kirşanı səpirik.

Nuş olsun!

Comments

comments