Azərbaycanın milli şirniyyat növlərindən biridir.

Ərzaqlar:

5,5 st un

100 q kərə yağı

1 st şəkər toxu

1 st süd

2 ədəd yumurta

1 ç.q quru maya

1/2 ç.q duz

1/3 ç.q ədviyyat (darçın, hil, zəncəfil, zəfəran, keşniş toxumu, muskat qozu-cövüz)

1 ç.q xaş-xaş veya çörəkotu

Hazırlanması:

Zəfəranın üstünə az qaynar su töküb dəm almağa qoyuruq.

Quru mayanı az miqdarda ilıq su ilə qarışdırıb 5 dəqiqə saxlayırıq.

Südü ilıq isidirik. Kərə yağını da əridib süd ilə qarışdırırıq.

Yumurtaları sındırıb birinin sarısını üzünə saxlayırıq.

Ədavaları, duzu və şəkəri ələnmiş unun üstünə töküb qaşıqla qarışdırırıq.

Unun ortasına mayanı, yumurtanı və zəfəranın suyunun yarısını tökürük. Yarısını isə üzü üçün saxladığımız yumurta sarısının üstünə tökürük.

Süd ilə kərə yağını da əlavə edib qaşıqla qarışdırırıq.

Sonra əlimiz ilə yumşaq ələ yapışan bir xəmir yoğururuq. Xəmirin üstünə sellofan çəkib üstünü örtüb isti yerdə 2-3 saat acıyanadək saxlayırıq. Xəmir 2 dəfə artmalıdır.

Xəmirimiz acıdıqda onu iki hissəyə bölüb kündələyirik.

Kündənin hər ikisini qalınlığı 1,5-2 sm hündürlükdə və 18-20 sm enində yayırıq.Üstünə naxış vurub 25-30 dəqiqə saxlayırıq.

Sonra birinin üzünə zəfəranlı yumurtadan çəkib xaş-xaş səpib 190-200 dərəcə qızdırılmış sobada 30-35 dəqiqəyə bişiririk.

Bu qayda ilə ikincini də bişiririk.

Tamam soyuduqdan sonra kəsib süfrəyə verə bilərsiniz.

Nuş olsun!

Comments

comments