Ərzaqlar:

6 ədəd badımcan

4 ədəd baş soğan

3 ədəd yumurta

Zeytun yağı

Duz

Istiot

Hazırlanması:

Badımcanı təmizləyib yuyub qabığını soyub iki bölüb doğrayırıq.Üstünə duz səpib 10-15 dəqiqə saxlayırıq. Sonra sıxıb acı suyunu çıxardıb yuyuruq. Yuduqdan sonra sıxıb götürürük.

Soğanın qabığını soyub yuduqdan sonra dörd bölüb nazik doğrayırıq.

Soğanın üstünə yağ və duz əlavə edib qızılı rəngdə olanadək qovururuq.

Soğan qovrulan kimi badmcanı əlavə edib qovururuq. Duz və istiotunu tökürük.

Yumurtanı sındırıb üstünə duz və istiot əlavə edib çalıb yeməyin üstünə əlavə edirik. Yumurtanın altı bişdikdə çevirib üsünü də bişiririk.

Yeməyimiz hazırdır. Bu yeməyə zövqə görə bəzən pomidor və göyərti də tökülür.

Nuş olsun!

Comments

comments