Ərzaqlar:

3 st kakos

1 banka qatılaşdırılmış süd

Qovrulmuş fındıq ləpəsi

Üstü üçün:

0,5 st kakos

Hazırlanması:

Qatılaşdırılmış südü dərin bir qaba tökürük.

Kakosu az-az əlavə edib qarışdırırıq.

Kakoslu qarışıqdan əlimizə alıb yumrulayırıq.

Ortasına bir ədəd fındıq ləpəsi qoyub üstünü bağlayıb yenidən yumrulayırıq.

Düz qaba 0,5 st olan kakosu tökürük.

Yumruladığımız kütlənin hər tərəfini kakosa batırıb düz qaba yığırıq.

Bu qayda ilə hamısını düzəldirik.

Bir neçə saat soyuducuda saxladıqdan sonra süfrəyə verə bilərsiniz.

Nuş olsun!

Comments

comments