Ərzaqlar:

Xəmir üçün:

3 st un

200 q kərə yağı (yumşaq)

3 x.q şəkər kirşanı

1 yumurtanın ağı

1/3 st bitki ya da zeytun yağı

1 paket vanil

1 paket qabartma tozu

1 x.q sirkə

1/2 ç.q duz

Üstü üçün:

1 yumurtanın sarısı

1 x.q çörəkotu

1 x.q küncüt

Hazırlanması:

Undan başqa bütün ərzaqları qaba töküb qarışdırırıq.

Unu əlavə edib əvvəlcə qaşıqla qarışdırırıq.

Sonra əlimizlə xəmiri düzəldirik. Yumşaq xəmir olacaq.

Xəmirdən 15-16 kündə düzəldirik.

Bir kündəni götürüb uzunsov yumurulayırıq.

Sonra dairə şəklinə salırıq.

Bu şəkildə bütün kündələri düzəldib qaba kağız sərib yığırıq.

Üzünə yumurta sarısı çəkirik.

Üstünə küncüt və çörəkotu səpirik.

180 dərəcə qızdırılmış sobada üstü qızaranadək bişiririk.

Soyuduqdan sonra süfrəyə veririk.

Nuş olsun!

Comments

comments