Ərzaqlar:
Xəmir üçün:
3 st un
200 q kərə yağı
1/4 st su
1 ədəd yumurta
2 ç.q uksus
0,5 ç.q soda
ç.q ucunda duz
Krem üçün:
200 q kərə yağı
1 banka qatılaşdırılmış süd
1 paket vanil
Hazırlanması:
Ələnmiş unun üstünə kərə yağını qoyub bıçaqla xırdalanana qədər döyəcləyirik.
Sonra üstünə duzu, sodanı, uksusu, yumurtanı və suyu əlavə edib xəmiri qarışdırırıq.
Əlimiz ilə xəmiri düzəldirik.
Xəmirdən 4 böyük bir balaca kündə düzəldirik. Sellofana qoyub 30-45 dəqiqə soyuducuda saxlayırıq.
Kremi hazırlamaq üçün yumşaq kərə yağını mikserlə ağaranadək çalırıq.
Sonra vanili və qatılaşdırılmış südü də əlavə edib bərkiyənə qədər çalırıq.
Xəmir kündələrini kağız üzərində əvvəl əlimizlə sonra oxlovla diametri 28 sm olmaqla yayırıq.
Yaydığımız xəmiri qabın içinə qoyuruq. 10-15 yerdən çəngəl ilə destəkləyirik.
180 dərəcə qızdırılmış sobada 15 dəqiqəyə bişiririk.
Hamısını bu şəkildə bişiririk. Balaca kündəni də qalınlığı böyük kündələr kimi yayıb bişiririk. Layların yan tərəfləri bərabər olsun deyə qab qoyub yanlarını kəsirik.
Yanlardan çıxan və balaca layı əlimizlə ovuruq. Qatlara krem çəkib yanını da kremləyirik.
Ovuntunu üstünə səpirik.
Bir neçə saatdan sonra tortu kəsib süfrəyə verə bilərsiniz.
Nuş olsun!