Ərzaqlar:
10 ədəd orta kartof
2 yumurta
2 x.q un
Duz
Istiot
250-300 qr hazır qiymə
Qızartmaq üçün bitki yağı
Hazırlanması:
Qiyməni hazırlamaq üçün bax Qiymənin hazırlanması
Əvvəlcə kartofu suda bişiririk və qabıqlarını soyub əzib püre şəklinə salırıq.
Üstünə yumurtanı, unu, duzu və istiotu əlavə edib yaxşı qarışdırırıq.
Əlimizi unlayıb kartofdan kotlet formasına salırıq və az yayırıq. İç qoyub bükürük.Yenidən kotlet formasına salırıq.
Tavaya yağ töküb qızdırıb hazırladığımız zrazaların hər iki üzünü qızardırıq.
Nuş olsun!