Ərzaqlar:

5 yumurta

1 st şəkər tozu

1st + 3/5 st un

3 ədəd alma

1 paket vanil

Hazırlanması:

Yumurtanı köpüklənənə qədər mikserlə çalırıq.

Vanili və şəkər tozunu az-az əlavə edib 5 dəqiqə mikserlə çalırıq.

Unu az-az əlavə edib taxta qaşıqla yaxşı qarışdırırıq.

Almaların qabığını soyub nazik doğrayırıq.

Qabı yağayırıq.

Qaba az xəmir tökürük.

Xəmirin üstünə almanın yarısını tökürük.

Yenə almanın üstünə xəmirdən tökürük.

Xəmirin üstünə qalan almaları əlavə edirik.

Almaların üstünə qalan xəmiri əlavə edib yayırıq.

180 dərəcə qızdırılmış sobada 40-50 dəqiqə bişiririk.

Soyuduqdan sonra üstünə zövqə görə şəkər kirşanı səpə bilərsiniz.

Nuş olsun!

Comments

comments