Ərzaqlar:

1 st zeytun

150 q ağ pendir

2 ədəd tər xiyar

1 ədəd kahı

3 zövqə göy soğan

Balaca dəstə (nanə, cəfəri və şüyüd)

2 x.q zeytun yağı

Duz

Hazırlanması:

Zeytunun tumunu çıxarıb halqa doğrayırıq. Ya da hazır doğranmış zeytundan istifadə edirik.

Pendiri balaca kubik şəkildə doğrayırıq.

Xiyarı yuyub təmizləyib dörd bölüb doğrayırıq.

Göyərtiləri təmizləyib yuyub xırda doğrayırıq.

Kahını təmizləyib yuyub əlimiz ilə xırda hissələrə bölürük.

Doğranmış ərzaqları bir yerə töküb qarışdırırıq. Üstünə yağı əlavə edib yenidən qarışdırırıq.

Əgər pendir duzlu olsa duz tökməyin. Salatımız hazırdır.

Nuş olsun!

Comments

comments