Ərzaqlar:

200 q xama

150 q kərə yağı

1 st şəkər tozu

3 ədəd yumurta

2,5 st un

2 x.q kakao

1 paket qabartma tozu

Qlazur üçün:

100 q kərə yağı

1/2 st şəkər tozu

3 x.q xama

4 x.q kakao

Üstü üçün:

Qoz ləpəsi ya da kakos

Hazırlanması:

Yumşaq kərə yağını şəkər tozu ilə çalırıq.

Yumurtaları əlavə edib yenə tam qarışanadək çalırıq.

Xamanı əlavə edib çalırıq.

Unu və qabartma tozunu əlavə edib tam qarışanadək çalırıq.

Sonra xəmiri iki bərabər hissəyə bölürük. Birinə kakaonu əlavə edib çalırıq.

Qabı yağlayıb(diametri 26 sm) kakaosuzxəmirdən bir qaşıq tökürük.

Sonra kakaolu xəmirdən tökürük.

Bu ardıcıllıqla xəmir qurtaranadək davam edirik.

Üstünə çubuqla naxış salırıq.

180 dərəcə qızdırılmış sobada bişiririk. Arada çubuqla yoxlayın ki içi tam bişsin.

Bişdikdən sonra qoyun soyusun.Qlazuru hazırlayırq.

Bütün ərzaqları bir qaba tökürük.

Qabı qazın üstünə qoyub dayanmadan qarışdırararaq bişiririk.

Qaynamağa başlayanda 3 dəqiqə kimi də qarışdırıb götürürük.

Qlazur ilıq olanda biskvitin üstünə töküb yayırıq.

Sonra zövqə görə qoz qırıntısıya da kakosla bəzəyirik.İstəsəniz ağ şokaladı əridib onunla da naxış sala bilərsiniz. Hazırladığımız tortu soyuducuya qoyuruq. Bir iki saat sonra kəsib süfrəyə verə bilərsiniz.


Nuş olsun!

Comments

comments