Ərzaqlar:

200 q xama

100 q kərə yağı

2/3 st şəkər tozu

2 ədəd yumurta

1,5 st un

1 paket vanil

1 paket qabartma tozu

2 ç.q kakao

Hazırlanması:

Yumşalmış yağı vanil və şəkər tozu ilə qaşıqla qarışdırırıq.

Qarışığa yumurtanı əlavə edib yenə qarışdırırıq.

Xamanı əlavə edib qarışdırırıq.

Qabartma tozunu əlavə edib yaxşı qarışdırırıq.

Unu əlavə edib yenə qarışdırırıq.

Xəmirin 1/3 hissəsinə kakao töküb qarışdırırıq.

Qabı ərinmiş kərə yağı ilə yağlayırıq.

Əvvəl kakaosuz xəmirin yarısını qaba tökürük.

Sonra kakaolu xəmiri tökürük.

Yenə qalan kakaosuz xəmiri əlavə edib yayırıq.

180 dərəcə qızdırılmış sobada 30-35 dəqiqəyə bişiririk.

Zövqə görə istəsəniz üstünə şəkər kirşanı səpə bilərsiniz.

Nuş olsun!

Comments

comments