Ərzaqlar:
3- 3, 5 st un
2 st şəkər tozu
2 ədəd yumurta (böyük)
1 st duru yağ
1 st süd
2 x.q kakao
1 paket qabartma tozu
1 paket vanil
1 paket karbonat
Hazırlanması:
Şəkər tozu ilə yumurtanı ağaranadək çalırıq.
Sonra yağı və südü əlavə edib ardıcıl mikserlə çalırıq.
Qabartma tozunu, vanili və karbonatı əlavə edib çaldıqdan sonra unu tökürük tam qarışanadək çalırıq.
Xəmiri iki hissəyə ayırırıq.
Bir hissəsinə kakaonu əlavə edib mikserlə çalırıq.
Soba qabına kərə yağı çəkib xəmiridn kakaosuzundan 4 x.q tökürük.
Sonra kakaolu xəmirdən 4 x.q tökürük.
Bu qayda ilə xəmirlər qurtarana qədər ardıcıllıqla tökürük.
170-180 dərəcə qızdırılmış sobada 45-50 dəqiqəyə bişiririk.
İlıq olanda qabdan çıxarırıq.
Tamam soyuduqdan sonra kəsib süfrəyə verə bilərsiniz.
Zövqə görə istəsəniz üstünə şəkər kirşanı səpə bilərsiniz.
Nuş olsun!