Ərzaqlar:
200 q kərə yağı,1 st qatıq,1/2(yarım) st duru yağ, 1 ədəd yumurta, 1 paket qabartma tozu, 3 x.q kakao, aparanadək un
İçi içün:
6 x.q alma ya da başqa meyvə çemi, 1 ovuc qovrulmuş qoz ləpəsi
Üzü üçün fındıq ləpəsi
Hazırlanması:
Yumşaq yağı, duru yağı, qatığı, yumurtanı və qabartma tozunu bir qaba töküb qarışdırırıq.
Üstünə 4 st un əlavə edib əlimiz ilə yumşaq xəmir hazırlayırıq. Xəmir ələ yapışan olacaq.Sonra xəmiri iki hissəyə bölürük.
Bir hissəsinə 3-4 x.q un əlavə edib xəmiri yoğururuq. Ələ yapışmayan yumşaq xəmir düzəldirik. O biri hissəyə kakaonu və 1-2 x.q un əlavə edib ələ yapışmayan yumşaq xəmir düzəldirik.
Hər iki kündəni un səpib oxlovla qalınlığı 1 sm olmaqla yayırıq.
Sonra kakaolu xəmiri o biri xəmirin üstnə qoyuruq.
Oxlovla yayıb düzəldirik. Çalışın yayılmış xəmirin eni 32 sm uzunluğu 40 sm olsun.
Bıçaqla 8×8 sm ölçüdə kəsirik.
İçliyi hazırlayırıq.Qozu bıçaqla doğrayıb çem ilə qarışdırırıq.
Kəsdiyimiz xəmirdən birini götürüb içlikdən xəmirin ortasına 1 ç.q qoyub şəkildəki kimi bükürük. Ortasına fındıq ləpəsi qoyuruq.
Bu şəkildə hamısını düzəldirik.Soba qabına kağız sərib yığırıq.
180 dərəcə qızdırılmış sonada 25-30 dəqiqə bişiririk.
Soyuduqdan sonra çay süfrəsinə verə bilərsiniz.
Nuş olsun!
Qurabiyə, kurabiyə, peçenye, peçenye nece hazirlanir, peçenye necə hazırlanır, azəri mətbəxi, azeri metbexi,