Ərzaqlar:

1 kq yağlı xəmir, 250-300 q bişmiş qiymə, 1 ədəd yumurta, künçüt, çörək otu

Hazırlanması:

Soyuducudan çıxarılmış xəmiri donu açıldıqdan sonra oxlovla yayıb uzadırıq.
İki yerə bıçaqla bölürük.
Qiymədən qoyuruq. Yanlarını bərkidirik.
Qaba ortadan dairəvi şəkildə yığmağa başlayırıq.
Bütün xəmiri bu qayda ilə hazırlayıb yığırıq.
Üstünə yumurta çəkib çörəkotu və küncüt səpirik.
200 dərəcə qızdırılmış sobada üzü qızaranadək bişiririk.

Nuş olsun!

Börək, börək necə hazırlanır, hazır yuxa, yağlı xəmir, qəlyanaltı, 

 

Comments

comments