Ərzaqlar:

350 q çəkilmiş ət
2 baş soğan
Duz
İstiot
2 x.q əridilmiş kərə yağı
800 q yağlı xəmir (hazır napoleon üçün xəmir)

Üzü üçün:
1 ədəd yumurta
Çörək otu (qara cirə)
Küncüt

Hazırlanması:

Adi qaydada qiyməni bişirib hazırlayırıq. Qoyuruq soyuyur. Buzu açılmış xəmirin
iki layını götürüb soba qabına kalka kağızı sərib yan–yana qoyub bir-birinə yapışdırırıq.

Hazır qiyməni töküb yayırıq.

Qalan xəmiri şəkildəki kimi lent formada kəsirik.

Len şəkilində kəsdiyimiz xəmirləri yan yana az aralı olmaqla yığırıq.

Sonra digər lentləri şəkildəki kimi yığırıq.

Üstünə yumurta sarısını çəkirik.

Çörəkotu və küncütü tökürük.

200 dərəcə qızdırılmış sobada üzü qızaranadək bişiririk.

Nuş olsun!

Comments

comments