Ərzaqlar:12 ədəd Superfresh yağlı xəmir, Kolbasa (350 qr.), 200 q holland pendiri,
Sous üçün:
6 ədəd pomidor, 1 ədəd bibər, 2 diş sarımsaq, 1 ədəd balaca baş soğan,duz, istiot, 3 x.q duru yağ
Üstünə çəkmək üçün: 1 ədəd yumurta və yaymaq üçün: un
Hazırlanması:
Soyuducudan xəmiri çıxardırıq. Sosu hazırlamaq üçün pomidoru, soğanı, sarımsağı və bibəri təmizləyib yuyub blenderdən keçiririk. Tavaya duru yağı və blenderdən keçirdiyimiz qarışığı tökürük. Üstünə zövqə görə duz və istiotu əlavə edib suyu çəkilib yağa düşənə qədər bişiririk.Kaşar pendiri sürtgəcdən keçiririk. Kolbasaları doğrayırıq. Xəmirin büzü açıldıqda un səpib uzununa şəkildəki kimi yayırıq.İçinə əvvəlcə kaşar pendir sonra sos töküb yayırıq. Üstünə kolbasaları düzürük. Yenidən kaşa pendir səpirik və yanlarını içəri doğru bükürük. Bu qayda ilə hamısını hazırlayırıq.Kənarlarına yumurta çəkirik180 dərəcə qızdırılmış sobada qızaranadək bişiririk.Nuş olsun!
pide nece hazirlanir, pidə resepti, asan pide,