Ərzaqlar:
500 q hazır yağlı xəmir
Krem üçün:
1 banka qatılaşdırılmış süd
200 q kərə yağı
1 paket vanil
Bəzək üçün:
Xırdalanmış ləpələr Hazırlanması:
Kremi hazırlamaq üçün baxın: [url=http://resept.az/Qatilasdirilmis-sud-ile-yagli-krem-2706.html]kremin hazırlanması[/url]
Hazırlanması.
Yağlı xəmiri soyuducudan çıxardırıq buzu açılır.
Sonra 1,5-2 sm qalınlıqda kəsirik.
Kağızı dürmələyərək konus formasında hazırlayırıq.
Xəmiri kağızın üstünə sarırıq.
Bu şəkildə hamısını hazırlayırıq.
Soba qabına yığırıq.
200 dərəcə qızmış sobada qızaranadək bişiririk.
Soyuduqdan sonra içini kremlə doldururuq.
Bəzək üçün çəkilmiş ləpələrdən şokoladdan və s istifadə edə bilərsiniz.
Nuş olsun!