Ərzaqlar:
Yağlı xəmir, kolbasa, pendir
Üstü üçün:
yumurta, küncüt
Hazırlanması:
Kolbasa ilə pendiri sürtgəcdən keçiririk. Yağlı xəmiri oxlov vasitəsi ilə özü qədər yayıb böyüdürük. Üstünə kolbasa ilə pendir səpirik.
Şəkildəki kimi bükürük.
Bıçaq vasitəsi 2 sm olmaqla bölürük.
Soba qabına yığırıq.
Üstünə yumurta çəkirib, küncüt səpirik.
180-190 dərəcə qızdırılmış sobada qızaranadək bişiririk.
Nuş olsun!