Ərzaqlar:
Yağlı xəmir
qoz ləpəsi
şəkər tozu
darçın
Üz üçün: yumurta
Hazırlanması:
Xəmiri un səpib oxlovla çox nazik olmayacaq şəkildə yayırıq.
Üstünə darçın, şəkər tozu və doğranmış qoz ləpəsi səpirik.
İki tərəfdən şəkildəki kimi eyni ölçülü bükürük.
Bıçaqla eni 1,5-2 sm olmaqla kəsirik.
Soba qabına kağız sərib aralı yığırıq.
Üzünə yumurta çəkirik.
210 dərəcə qızdırılmış sobada qızaranadək bişiririk.
Nuş olsun!