Ərzaqlar:

500 q hazır yağlı xəmir

İç üçün:

4 ədəd alma

1/2 st qoz ləpəsi

1/2 st kişmiş

2 x.q şəkər tozu

50 q kərə yağı

Üstü üçün:

2 ədəd yumurta

2 x.q şəkər tozu

1 paket vanil

200 q 33%-li qaymaq

Üstünə səpmək üçün(Zövqə görə istəsəniz səpməyə bilərsiniz)

1 x.q şəkər tozu

1/2 ç.q darçın

Hazırlanması:

Xəmiri soyuducudan çıxardırıq donu açılır.

İçi hazırlayaq. Almanı yuyub qabığını soyub dörd bölüb nazik doğrayırıq.

Kişmişi təmizləyib yuyuruq.

Qozu xırda doğrayırıq.

Tavaya kərə yağını töküb əridirik.

Doğradığımız almaları yağa tökürük. 2-3 dəqiqə qarışdırdıqdan sonra 2 x.q şəkər tozu əlavə edirik.

Sonra qoz ləpəsini və kişmişi də əlavə edib 2-3 dəqiqə qarışdırıb götürürük. Qalır soyuyur.

Üstünü hazırlayaq. Yumurtanı mikserlə köpüklənənə qədər çalırıq.

2 x.q şəkər tozunu və vanili  əlavə edib çalırıq.

Sonra qaymağı əlavə edib çalırıq.

Üstünə səpmək üçün darçınla şəkər tozunu qarışdırırıq.

Yan tərəfləri 20-22 sm olan kvadrat qab götürürük. Xəmiri qabın içinə yerləşdiririk. Çəngəl ilə dəstəkləyirik.,

Əvvəlcə almalı içliyi töküb yayırıq.

Sonra qaymaqlı üstlüyü töküb yayırıq.

Ən son darçınlı şəkər tozunu səpirik.

200 dərəcə qızdırılmış sobada 45 dəqiqəyə bişiririk.

Piroq soyuduqdan sonra kəsib süfrəyə verə bilərsiniz.

Nuş olsun!

Comments

comments