Ərzaqlar:
Üstü üçün: 1 paket tünd şokalad
İçi üçün:
200 q xurma
50 q fındıq
50 q qoz
50 q yer fındığı
50 q kajo
50 q qara kişmiş
100 q kərə yağı
Hazırlanması:
Ləpələrin hamısını ayrı-ayrılıqda tavada az yağ töküb qovururuq.
Sonra hamısını bir yerə töküb qarışdırırıq.
Xurmanın tumunu çıxarıb yağda az qovururuq.
Kişmişi də təmizləyib yuyub az yağda qovururuq.
Hamısını blenderdən keçiririk.
Tam qarışdırırıq.
Hazırladığımız içlikdən balaca toplar düzəldirik.
Topları əridilmiş şokalada batırıb yığırıq.
Üstünə ləpə qırıntısı səpirik.
Bir neçə saat soyuducuda saxladıqdan sonra çay süfrəsinə veririk.
Nuş olsun!