Ərzaqlar:

500 q yağlı qoyun əti

400 q baş soğan (4 ədəd)

3 x.q əridilmiş kərə yağı (100 q)

200 q vişnə

Zövqə görə duz və istiot

1/3 ç.q sarıkök

¼  ç.q limon duzu

Hazırlanması:

Əti bir ədəd soğan ilə ət maşınından keçiririk. Üstünə az duz və istiot əlavə edib qarışdırırıq. Xırda küftəciklər düzəldirik.

3 ədəd soğanı xırda doğrayıb tavaya töküb üstünə az duz və yağı əlavə edib qovururuq. Sarıkökü əlavə edib qarışdırırıq.

Xırda küftəcikləri əlavə edirik. 10 dəqiqədən sonra tumu çıxarılmış vişnəni əlavə edib qarışdırırıq.

Zövqə görə duz və istiotunu tökürük. Vam odda suyu çəkilib yağa düşənədək bişiririk. 

Xırda küftəcikli vişnəli qovurmanı düyü, bulğur, qarabaşaq və s. ilə süfrəyə verə bilərsiniz.

Nuş olsun!

Comments

comments