Ərzaqlar:

Xəmir üçün:

1,5 st un

100 q kərə yağı

2 x.q şəkər tozu

İçlik üçün:

600 q kəsmik

4 ədəd yumurta

1 paket vanil

1/2 st şəkər tozu

Hazırlanması:

Ələnmiş un ilə yumşaq kərə yağını əl ilə ovuruq.

Şəkər tozunu əlavə edib qarışdırırıq.

Xəmir ovxantı kimi olur. Çox quru olmasın.

Xəmirin yarısından çoxunu qaba töküb əlimiz ilə basıb düzəldirik.

İçliyi hazırlamaq üçün kəsmiyi mikserlə çalırıq.

Şəkər tozunu və vanili əlavə edib yenə çalırıq.

Yumurtaları əlavə edib mikserlə tam qarışanadək çalırıq.

İçliyi xəmirin üstünə (ovxantının) qaba tökürüb yayırıq.

Qalan ovxantını üstünə səpirik.

180 dərəcə qızdırılmış sobada 40-45 dəqiqəyə bişiririk.

İlıq olduqda qabdan çıxarırıq.

Tam soyuduqdan sonra kəsib çay süfrəsinə verə bilərsiniz.

Nuş olsun!

Comments

comments