Bu dəfə unsuz peçenya reseptini təqdim edəcəyik.

Bu şirniyyat cəmi 10 dəqiqə ərzində hazır olacaq. Bu şirniyyatın adı "Fıstıq kremli peçenya"dır.

Tərkibi:

220 qram fıstıq kremi
½ stəkan şəkər tozu
1 ədəd yumurta

Hazırlanması:

Sobanı 180 dərəcə qızdırın. Bütün ləvazimatları qarışdırıb qozdan bir az daha iri parçaları əlinizdə yuvarlayın. Bu parçalara istədiyiniz forma verə bilərsiniz. Sobada təxminən 8 dəqiqə bişirin. Nuş olsun!

Comments

comments