Tərkibi:

1 paket hazır peçenya qarışığı
1 ədəd yumurta
1/3stəkan əridilmiş kərə yağı və ya marqarin
50 qram əridilmiş şokolad
Hazırlanması:
20 – 10 santimetrlik qabı yağlayın və üzərinə bişirmə kağızını kənarlardan daşacaq şəkildə yerləşdirin. Orta böyüklükdə bir qabda peçenya qarışığını, yağ və yumurtanı yumşaq bir xəmir yaranana qədər qarışdırın.
Stolun üzərinə xəmirin ¾ stəkan miqdarını qoyun. Xəmirə istədiyiniz miqdarda qida boyası əlavə edin. Xəmiri qabın dibinə bərabər şəkildə yayın.

Qalan xəmiri iki yerə bölün. Stolun üzərində ikiyə böldüyünüz xəmirlərdən birinə əridilmiş şokolad əlavə edib yoğurun, şokoladı xəmirə bərabər şəkildə yayın. Sonra bu xəmiri portağal rəngli xəmirin üzərinə kənarlarınayayılacaq şəkildə yayın. Qalan sadə xəmiri də qabdakı şokoladlı xəmirin üzərinə qabın kənarlarına yayılana qədər yayın. Xəmiri soyuducuya qoyub xəmir bərkiyənə qədər təxminən 1,5-2 saat gözlədin.
Sobanı 190 dərəcəyə qızdırın. Xəmiri qabdan götürüb yarım santimetr qalınlığında parçalar halında düzəldin. Yağlanmamış bişirmə kağızına kəsdiyiniz parçaları 2 santimetr aralıqlarla yerləşdirin.

Peçenyaların kənarları yüngül qəhvəyi rəng olana qədər təxminən 7-9 dəqiqə bişirin. 1 dəqiqə soyumasını gözləyin və süfrəyə təqdim edin.

Comments

comments