Ərzaqlar:

300 q toyuğun döş əti

3 ədəd yumurta

3 ədəd turşu(tutma) xiyar

1 ədəd balaca qırmızı soğan

100-150 q Holland pendiri

Mayonez

Duz

Hazırlanması:

Toyuğun döş ətini duzlu suda bişirib soyuduqdan sonra doğrayırıq.

Yumurtaları suda bişirib soyuduqdan sonra təmizləyib xırda doğrayırıq.

Turşu (tutma) xiyarları kub şəkildə doğrayırıq.

Pendiri sürtgəcin gözündən keçiririk.

Soğanın qabığını soyub yuduqdan sonra dörd bölüb nazik doğrayırıq.

Düz qab götürüb birinci toyuq ətini töküb mayonezləyirik.

Sonra soğanı töküb az duz səpib yenə az miqdarda mayonezləyirik.

Soğanın üstündən xiyarı töküb mayonezlədikdən sonra üstünə yumurtanı yayıb az duz səpib mayonezləyirik.

Yumurtanın üsdən pendiri səpirik.

Zövqə görə bəzəyib süfrəyə verə bilərsiniz.

Nuş olsun!

Comments

comments