Ərzaqlar:

14-15 ədəd badımcan, 5-6 ədəd şirin bibər, 5-6 ədəd pomidor, 1 kq bişmiş qiymə, 2 x.q əridilmiş kərə yağı (ya da 4-5 x.q duru yağ), 1 dəstə reyhan, duz, istiot

Hazırlanması:

Badımcanı, pomidoru və bibəri təmizləyib yuyuruq. Badımcanın bir tərəfini kəsirik. Kəsilən yerdən içini duzlayırıq. Duzlanmış badımcanları başı aşağı qaba yığırıq acı suyu çıxsın. 25-30 dəqiqə saxladıqdan sonra əlimizlə sıxıb açı suyunu çıxarıb yuyuruq.Bişmiş qiymənin üstünə reyhanı yuyub xırda doğrayırıq. (Qiymə üçün 1 kq ət, 2-3 baş soğan, duz, istiot, 1-2 x.q yağ və 2-3 ədəd pomidor) İçliyimiz hazırdır.Pomidor ilə bibərin içini çıxarıb hazırlayırıq.

Badımcanları yağda hər bir tərəfini bişiririk. Nə çox bişməsin nə da çiy qalmasın. (Zövqə görə istəsəniz bibərləri də az yağda bişirə bilərsiniz)

Pomidor, bibər və badımcanın içinə az miqdarda duz və istiot vururuq. Hər birinin içini qiymə ilə doldurub soba qabına yığırıq.Badımcanları qızartdığımız yağı yeməyin üstünə töküb 200 dərəcədə qızdırılmış sobada bişməyə qoyuruq.Yeməyin suyu çəkilib yağa düşəndə götürürük.

Nuş olsun!

Comments

comments