Ərzaqlar:

3 ədəd rəngli bibər
2 ədəd təzə xiyar
1 ədəd toyuğun döş əti
1 ədəd kök
Balaca dəstə şüyüd
Duz
İstiot
Mayonez

Hazırlanması:

Tərəvəzləri yuyuruq. Toyuğun döş ətini suda bişiririk.Suyuna az duz tökürük.
Bişdikdən sonra soyuduqda uzun –uzun hissələrə ayırırıq.
Kökü sudabişirib qabığını soyuruq.Soyuyanda nazik uzun döğrayırıq.

Bibərləri təmizləyib nazik uzun doğrayırıq.

Xiyarı nazik uzun doğrayırıq.

Bütün doğranan ərzaqları dərin qaba tökürük. Şüyüdü də təmizləyib yuyub xırda doğrayıb əlavə edib qarışdırırıq.

Salatı qarışdırdıqca mayonezi az-az əlavə edirik. Sonra zövqə görə duz və istiot töküb qarışdırırıq.

Hazır salatı süfrəyə veririk.

Nuş olsun!

Comments

comments