Ərzaqlar:
200 q toyuğun döş əti
2 ədəd yumurta
2 ədəd kartof
2 ədəd yerkökü
Keşniş, şüyüd, göy soğan
Duz
Mayonez
Hazırlanması
Suya duz töküb əti bişiririk. Soyuyandan sonra əlimizlə uzun liflərə ayırırıq.
Kartofu, yerkökünü və yumurtanı suda bişiririk.
Soyuduqdan sonra qabığını təmizləyirik. Kartofu sürtgəcin böyük gözündən keçiririk.
Yerkökünü sürtgəcin böyük gözündən keçiririk.
Yumurtanı sürtgəcin böyük gözündən keçiririk.
Göyərtiləri xırda doğrayırıq.
Kartofu, yerkökünü, yumurtanı, toyuq ətini və göyərtini qarışdırırıq.
Duz səpib, qarışdırıb mayonezləyirik.
Zövqə görə bəzəyirik.
Nuş olsun!