Ərzaqlar:

500 q toyuğun döş əti
100 qr quyruq
1 ədəd baş soğan
3 x.q suxarı
1/3 st su
1 x.q duru yağ
Ç.q ucunda sarıkök
Duz
İstiot
Qızartmağa duru yağ

Hazırlanması:

Soğanı təmizləyib yuyuruq. İstəsəniz xırda doğrayın ya da ətlə bir maşından keçirin.
Əti doğrayıb yuyuruq. Suyu süzülür.
Quyruq və soğanla birlikdə ət maşınından keçiririk.

Çəkilmiş ətin üstünə suxarını, yağı, sarıkökü və zövqə görə duz və istiotu töküb qarışdırırıq.

Sonra suyu az-az töküb əlimiz ilə yaxşı qarışdırırıq.

Tavaya yağı töküb qızdırırıq.
Ətdən kotletləri düzəldib tavaya yığırıq.

Hər iki tərəfini qızardırıq.

Kotletin yanında zövqə görə kartof qızartması, püresi və s vermək olar.

Nuş olsun!

Comments

comments