Ərzaqlar:

5 ədəd kök
2 ədəd kartof
2 ədəd baş soğan
2 x.q. əridilmiş kərə yağı.
Duz
İstiot
8 st su ya da suyun yarısı ət ya da toyuq suyu

Hazırlanması:

Kökü, soğanı və kartofu təmizləyib yuyub xırda doğrayırıq.

Doğranmış soğanın üstünə yağı və az duzu əlavə edib qızılı rəngdə olanadək bişiririk.

Sonra kartof ilə kökü əlavə edirik və 3-5 dəqiqə qarışdırırıq.

Sonra üstünə 5-6 st. suyu töküb bişməyə qoyuruq.

Tam bişdikdə blenderdən keçiririk.

Üstünə yenə su əlavə edib duz və istiotunu töküb qarışdırıb ocağa qoyuruq. 5 dəqiqə kimi qarışdırıb götürürük.

İçinə istəsəniz nanə qurusu tökə bilərsiniz.

Nuş olsun!

Comments

comments