Ərzaqlar:

500 q toyuğun döş əti

200 q qaymaq

150 q kaşar ya da holland pendiri

1 ədəd yumurta

2 baş soğan

2 diş sarımsaq

Duz

Istiot

Hazırlanması:

Ət ilə soğanı ət çəkən maşından keçiririk. Sonra üstünə duz, istiot və yumurta əlavə edib yaxşı qarışdırırıq.

Pendiri sürtgəcin balaca gözündən keçiririk.

Pendirin içinə qaymağı və sarımsağı əzib töküb qarışdırırıq.

Qaymaqdan az qabın içinə çəkirik.

Toyuğun ətindən küftəciklər düzəldib qabın içinə yığırıq.

Pendir ilə qaymaq qarışığını ətin üstünə yayırıq.

180 dərəcə qızdırılmış sobada suyu çəkilənə qədər bişiririk. Yeməyimiz hazırdır.

Nuş olsun!

Comments

comments