Ərzaqlar:

Xəmiri üçün:

1 st un

1 st su

4 ədəd yumurta

100 q kərə yağı

Krem üçün:

250 q kərə yağı

1 ədəd yumurta

1 x.q un

1 x.q kartof nişastası

1,5 st süd

1 st şəkər tozu

1 paket vanil

Üstü üçün:

100 q şokolad

(ya da zövqə görə istəsəniz eklerlərin üstünə şəkər kirşanı səpə bilərsiniz.)

Hazırlanması:

Kremi hazırlamaq üçün baxın: [url=http://resept.az/Krem-7663.html]Krem[/url]

Qazana suyu tökürük. Qaynamağa başlayan kimi kərə yağını suya əlavə edirik.

Yağ əriyib qaynamağa başlayan kimi bir dəfəyə unu töküb vam odda taxta qaşıqla tez-tez qarışdırırıq.

3-5 dəqiqə qarışdırdıqdan sonra xəmiri qazın üstündən götürürük. Başqa bir qaba tökürük.

Xəmir ilıq olanda yumurtanı tək-tək sındırıb qarışdırırıq.

Qaba kağız sərib mətbəx şprisi ilə xəmirdən eyni ölçülü formada tökürük.

180 dərəcədə qızdırılmış sobada üzü qızaranadək bişiririk.

Ekler soyuduqda içinə krem qoyuruq. Şokoladı su hamamında əridib eklerlərin üzünə çəkirik.

Nuş olsun!

Comments

comments