Ərzaqlar:
100 q pendir, balaca dəstə şüyüd, 3 ədəd yumurta, 50 q qoz ləpəsi, 3 x.q mayonez, 1 diş sarımsaq, zövqə görə duz
Hazırlanması:
Yumurtanı bişirib qabığını soyub sürtgəcdən keçiririk.
Pendiri də sürtgəcdən keçiririk.
Sarımsağı sürtgəcədn keçiririk.Bütün ərzaqları qarışdırırıq.
Sonra əlimiz ilə toplar düzəldirik. Şüyüdü təmizləyib yuyub xırda doğrayırıq. Düzəltdiyimiz topları doğranmış şüyüdə və qoza batırıb yığırıq.
Nuş olsun!