Ərzaqlar:
1 ədəd toyuq
3 ədəd baş soğan
3 ədəd yumurta
4-5 ədəd balaca pomidor ya da 3 ədəd orta ölçülü pamidor
3-4 x.q əridilmiş kərə yağı
Duz
Istiot
Hazırlanması:
Toyuğu doğrayıb yuyub duzlu suda bişiririk. Sudan çıxarıb istifadə edirik. Tez bişən toyuq olduqda bir başa soğanla qızartmaq olar.
Soğanın qabığını soyub yuduqdan sonra dörd bölüb nazik doğrayırıq.
Doğranmış soğanın üstünə yağ duz əlavə edib qızılı rəngdə olanadək qovururuq.
Sonra üstünə toyuğun ətini əlavə edib qarışdırırıq.
Toyuq ətləri qızaranda pomidoru xırda doğrayıb yeməyə əlavə edib qarışdırırıq.
Yeməyin duz istiotunu tökürük.
Pamidor bişib suyu çəkiləndə yumurtanı çalıb tökürük.
Yumurta bişdikdə yeməyimiz hazır olacaq.
Yeməyi isti-isti süfrəyə veririk.
Nuş olsun!