Ərzaqlar:


6 ədəd yumurta
1 st şəkər tozu
1 st un
1 paket vanil (zövqə görə)

Hazırlanması:

Yumurtanın sarısını ağından ayırırıq.

Ağını mikserlə bərkiyənədək çalırıq.

Sonra şəkər tozunu və vanili töküb çalırıq. Bərkidikdən sonra yumurta sarılarını əlavə edib mikserlə çalırıq.

Unu əlavə edib qaşıqla qarışdırırıq.

Tortu bişirəcəyimiz qaba şəkildəki kimi kağızı qoyuruq.(Qabın diametri 26 sm)



Yapışan qab olsa yanlarını yağlayırıq.
Xəmiri qaba tökürük.

180 dəqərcə qızdırılmış sobada 20-25 dəqiqə bişiririk.

İlıq olduqda qabdan çıxarırıq.

Tamam soyuduqdan sonra bıçaqla ya da ip ilə iki yerə bölürük.

Bu biskvit ilə istədiyiniz növ biskvitli tortları hazırlaya bilərsiniz.

Nuş olsun!

Comments

comments