Ərzaqlar:

Barmaq qurabiyə

1 x.q kakao

3-4 x.q doğranmış qoz ləpəsi

Zövqə görə istədiyiniz meyvə və giləmeyvələr.

Krem üçün:

250 q krem pendir

1 paket qaymaq

1/2 paket vanil

5-6 x.q şəkər kirşanı

Hazırlanması:

Kremi hazırlamaq üçün bir qaba krem pendiri, qaymağı, şəkər kirşanını və vanili töküb mikserlə tam qarışanadək çalırıq.

Diametri 26 ya da 28 sm olan qab götürürük. Qaba qurabiyələrin bir tərəfindən az kəsib yan yana yığırıq.

Kəsdiyimiz qurabiyələri qabın aşağısına yerləşdiririk.

Üstünə kremdən tökürük.

Sonra gilası tumundan çıxarıb yığırıq. Yenə krem tökürük.

Üstündən qurabiyələrdən kəsib yığırıq.Yenə kremləyirik.

Şaftalının qabığını təmizləyib balaca doğrayırıq və tökürük.

Zövqə görə istəsəniz banan da doğrayıb tökə bilərsiniz. Üstündən qalan kremin hamısını töküb yayırıq.


Qalan qurabiyəni bir qaba töküb əzib toz halına salırıq.

Əzilmiş tozu tortun üstünə səpirik.

Sonra kakaonu səpib doğranmış qozu tökürük.

Tortumuz hazırdı.Ən azı 2-3 saat soyuducuda saxladıqdan sonra süfrəyə verə bilərsiniz.

Nuş olsun!

Comments

comments