Azərbaycanın milli şirniyyat növlərindən biridir.
Ərzaqlar:
(11-12 ədəd teşt çörəyi alınır)
4 st un
1 ç.q duz
1ç.q maya
1+1/3 st ilıq su
Əlavə 3-4 x.q yuxaları yaymaq üçün un
Aralarını yağlamaq üçün:
125 q kərə yağı
1/3 ç.q ucunda ədava qarışığı(hil, darçın, kişniş toxumu, zəncəfil)
Qızartmaq üçün:
1/2 st quyruq yağı ya da bitki yağı
Üstü üçün:
1 x.q şəkər pudrası
Hazırlanması:
Mayanı 1/3 stəkan ilıq su ilə qarışdırıb 5-10 dəqiqə saxlayırıq köpür.
Unu bir qaba ələyib üstünə duzu səpib ortasına mayanı əlavə edirik.
Suyu da əlavə edib qaşıqla qarışdırırıq.
Sonra əlimizlə normal xəmir yoğururuq.
Xəmirin üstünü örtüb isti yerdə 2 saat saxlayırıq acıyır.
Yağı bir qabda əridib ədavaları içinə töküb qarışdırırıq.
Xəmir acıdıqdan sonra onu uzumsov düzəldib 6 yerə bölüb kündəliyirik.
Kündənin birini götürüb nazik yuxa yayırıq.
Yuxanı sərib üstünə yağdan töküb yağlayırıq.
Qalan yuxaları da bu qayda ilə yayıb yağlayırıq.
Yağlanmış yuxaları düzbucaqlı formasında bıçaqla kəsirik.
Bir tərəfindən bükürük. Hamısını bu şəkildə düzəldirik.
Sonra dik qoyub az əlimizlə firladıb yayırıq. Diametri 10-12 sm qalınlığı 1 sm olacaq.
Yuxaların hamısını bu şəkildə düzəldirik.
Tavada yağı qızdırıb düzəltdiyimiz xəmiri qoyub hər iki üzünü qızardırıq.
Teşt çörəklərinin hamısını qızardıb bir qaba yığırıq.
Üstünə şəkər kirşanı səpirik.
Nuş olsun!