Ərzaqlar:
(6-8 nəfərlik)
400-450q toyuq qanadı dibi ilə birgə
3 ədəd baş soğan
2 ədəd kartof
1 ədəd yerkökü
1 ədəd şirin bibər
1/3 st yumtu düyü
1 x.q tomat
2 x.q əridilmiş kərə yağı
Duz
Istiot
Zövqə görə göyərti (nanə, keşniş, şüyüd)
Hazırlanması:
Soğanı xırda doğrayırıq.
Qazana soğanı töküb əridilmiş kərə yağı və az duz töküb qızılı rəngdə olana qədər qovururuq.Sonra üstünə tomatı əlavə edib 3-5 dəqiqə qovururuq.
Yerkökünü təmizləyib sürtgəcin böyük gözündən keçiririk və qovrulmuş soğana əlavə edib 5 dəqiqə qovururuq.
Şirin bibəri yuyub təmizləyib xırda doğrayırıq onu da qovrulmuş soğanın üstünə əlavə edib 5 dəqiqə qovururuq.
Toyuq ətini yuyuruq. Suyu çəkilir qovurmanın üstünə əlavə edirik.Üstünə az duz töküb 10 dəqiqə qovururuq.
Üstünə 3 l su əlavə edib duzunu tökürük.
Toyuğun ətinin bişməsi üçün 20-30 dəqiqə qaynadırıq.
Sonra düyünü və kartofu əlavə edib qarışdırırıq. 1 saat normal odda qaynayır. Yəni cox da vam od olmasın.
Hazır olmağa yaxın duzuna baxib istiotunu da əlavə edirik.
Yemək tam hazır olandan sonra zovqə görə göyərti tökürük.
Nuş olsun!