
(iki nəfərlik)
Ərzaqlar:

1 st süd
2 yumurta sarısı
200 q qaymaq 33-35 %-li
3 x.q şəkər tozu
1 paket vanil
Hazırlanması:
Yumurtanın sarısını ağından ayırırıq.

Sarısını mikserlə çalırıq.

Şəkər tozunu az-az töküb bərkiyənə qədər çalırıq.

Vanili də əlavə edib çalırıq.

Südü əlavə edib çalırıq.

Qarışığı qazana töküb vam odda qaynadırıq.

Qarışığı dayanmadan qarışdırırıq. Qaynamağa başlayan kimi 3-5 dəqiqə də qarışdırıb götürürük.Qarışıq soyuyana qədər ara-ara qarışdırırıq.

Qaymağı mikserlə 3 dəqiqə kimi çalırıq.

Sonra soyuyan süd qarışığını əlavə edib yenə mikserlə çalırıq.


Qaba töküb ağzını örtüb soyuducunun buzxanasına qoyuruq.30-40 dəqiqə sonra çıxarıb qarışdırb qoyuruq. Yenə 30-40 dəqiqə keçdikdən sonra qarışdırıb qoyuruq.

10-12 saat buzxanada qaldıqdan sonra çıxarıb qaba qoyub zövqə ğörə bəzəyib süfrəyə veririk.

Nuş olsun!






























