Ərzaqlar:

4 st un

1 st süd

1/2 st şəkər tozu

50 q kərə yağı

1/2 ç.q duz

1 x.q quru maya

2 ədəd yumurta

Hazırlanması:

Unu bir qaba ələyib içinə duzu şəkər tozunu səpib qarışdırırıq. Ortasını aralayıb yumurtanın birini sındırırıq. Bir yumurtanın da ağını töküb sarısını üzü üçün saxlayırıq.

Mayanı ilıq südlə qarışdırıb 5-10 dəqiqə qoyuruq köpür.

Südü ilıq istidirik və kərə yağını da əridib südə qarışdırırıq.

Mayanı, südlə kərə yağ qarışığını da unun üstünə əlavə edirik.Əvvəlcə qaşıqla qarışdırırıq sonra əlimizlə xəmiri yoğururuq. Əgər əlinizə çox yapışsa 1 x.q unu əlavə edə bilərsiniz. Yumşaq xəmir yoğururuq.

Xəmirin üstünü salafanla dəsmalla örtüb 2 saat acımağa qoyuruq.

Sonra xəmirdən müxtəlif formalı fiqurlar hazırlayırıq ya da balaca kündələr düzəldib soba qabına kağız sərib aralı yığırıq.Yumru kündələrin ortasında iki dəfə bir –birinə perpendikulyar qayçı ilə kəsirik.

Üstünü salafanla örtürük 1 saat qalır.

Sonra üzünə yumurta sarısı çəkib 200-210 dərəcədə qızdırılmış sobada 20 dəqiqəyə bişiririk.

Nuş olsun!

Comments

comments