Ərzaqlar:

500 q toyuq əti

500 q makaron

3 ədəd pomidor

3 ədəd baş soğan

Duz

Istiot

Zeytun yağı

Hazırlanması:

Toyuq ətini təmizləyib yuduqdan sonra duzlu suda bişiririk. Bişdikdən sonra əti sümüyündən ayırıb xırda hissələrə bölürük.

Soğanın qabığını soyub yuduqdan sonra doğrayırıq.

Tavaya soğanı töküb yağ duz əlavə edib qızılı rəngdə olana qədər qovururuq.

Pomidoru yuyub qabığını soyub xırda doğrayırıq.

Pomidoru qovrulmuş soğana əlavə edib qovururuq.

Pomidorun suyu çəkilib yağa düşəndə toyuğun ətini də əlavə edib duz və istiot töküb 5-10 dəqiqə qovururuq.

Adi qaydada duzlu suda makaronu bişirib süzürük. Makaronu süzdükdə üstünə soyuq su tökəndə makaronlar bir-birinə yapışmır.

Yağ əlavə edib qarışdırırıq.

Hazır yeməyi zövqə görə bəzəyib süfrəyə veririk.

Nuş olsun!

Comments

comments