Ərzaqlar:

Ovxantı üçün:
200 q yumşaq kərə yağı
1/2 st şəkər tozu
2,5 st un
50 q şokolad
50 q qoz ləpəsi

Arası üçün:
100 q tünd şokolad
1 banka qatılaşdırılmış süd

Hazırlanması:

Ələnmiş un ilə şəkər tozunu qarışdırırıq.Üstünə yağı əlavə edib əlimiz ilə ovuruq.

Ovxantının 1/3 –ni üstü üçün saxlayırıq.
Diametri 28 sm olan qaba kalka kağızını sərib qalan ovxantını tökürük.

180 dərəcə qızdırılmış sobada 10 dəqiqə bişiririk.

100 q şokoladı əridirik. Üstünə qatılaşdırılmış südü əlavə edib qarışdırırıq.

Qoz ləpəsi ilə 50 q şokoladı bıçaqla doğrayırıq.

Qoz ilə doğranmış şokoladı ovxantıya əlavə edib qarışdırırıq.

Sobadan çıxarıb üstünə əvvəl qatılaşdırılmış süd ilə şokalad qarışığını tökürük.

Sonra ovxantını səpirik.

Yenidən sobaya qoyuruq.25 dəqiqə də bişirib götürürük.

Soyuduqdan sonra çay süfrəsinə verə bilərsiniz.

Nuş olsun!

Comments

comments