Ərzaqlar:

7 yarpaq güllaç

4 st süd

1 st şəkər tozu

1 x.q gül suyu

2 x.q kakao

50 q şokolad

50-100 q qoz ləpəsi ya da antep fısdığı

3-4 x.q kakos

12-15 ədəd albalı

Hazırlanması:

Şəkər tozu ilə kakaonu qarışdırıb üstünə südü töküb ocağa qoyuruq. Dayanmadan qarışdırırıq. Qaynarlaşanda götürüb kənara qoyuruq. Üstünə gül suyu əlavə edib qarışdırırıq.

Güllac yarpaqlarını dörd yerə bölürük. Qoz ləpəsini bıçaqla doğrayırıq. Şokayadı sürtgəcdən keçiririk.


Qaba güllac yarpaqlarını düzüb üstünə ilıq süd qarığıçından tökürük.


Yenə eyni qayda ilə yarpaqdan yığıb üstünə süd tökürük və qoz ləpəsi səpirik.

Yenidən üstünə güllac yarpağı düzürük süd töküb şokaladın yarısını səpirik.

Qalan güllacları eyni qayda ilə yığıb süd tökürük. Qalan südün hamısını da ən son üstünə töküb əlimiz ilə üstündən basırıq.

Qoyuruuq 10 dəqiqə kimi islanır. Sonra kvadrak formada bıçaqla kəsirik.

Hər kvadratın ortasına şokolad, qoz və kakos səpib ortasına albalını qoyuruq.

Ən azıı 2-3 saat soyuducuda qaldıqdan sonra kəsib süfrəyə verə bilərsiniz.

Nuş olsun!

Comments

comments