Ərzaqlar:

400 q qurabiyə (Petit Beurre)

200 q kərə yağı

İçlik üçün:

3 ədəd yumurta

200 q qaymaq (33%-li)

500 q krem pendir

2/3 st şəkər tozu

1 paket vanil

150 q şokolad

Hazırlanması:

Qurabiyəni blenderdən ya da ət maşınından keçiririk.

Yumşaq yağı əzilmiş qurabiyənin üstünə töküb əlimiz ilə qarışdırıb xəmir halına gətiririk.

Diametri 26 sm olan qaba qarışığı yayırıq. Elə yaymaq lazımdır ki kənarları 3-4 sm yuxarı olsun. Hazırladıqdan sonra soyuducuya qoyuruq.

Krem pendir ilə şəkər tozunu çalırıq.

Qaymağı və vanili də əlavə edib çalırıq.

Yumurtanın ağını sarısından ayırıb ağını köpüklənənə qədər çalırıq. Sarını isə qarışığa əlavə edib mikserlə çalırıq.

Sonra yumurtanın ağını az-az töküb taxta qaşıqla asta qarışdırırıq. Qarışığı qabın içinə tökürük.

Şokoladı əridib üzərinə töküb çubuq vasitəsi ilə naxış salırıq.

180 dərəcə qızdırılmış sobada 1 saata bişiririk.

Soyuduqdan sonra qabdan çıxardırıq.

Soyuducuda 5-6 saat saxladıqdan sonra kəsib süfrəyə verə bilərsiniz.

Nuş olsun!

Comments

comments