Ərzaqlar:

1 st şəkər tozu
1/2 st duru yağ
1/2 st süd
2 ədəd yumurta
1 st un
3 x.q kakao
1 paket qabartma tozu
1 paket vanil
Üzü üçün:
1 paket krem qaymaq(200ml)
90 q şokalad

Hazırlanması:
Yumurta ilə şəkər tozunu ağaranadək mikserlə çalırıq.


Sonra üstünə yağı əlavə edib tam qarışanadək çalırıq.

Südü əlavə edib çalırıq.

Vanili, qabartma tozunu və unu əlavə edib tam qarışanadək çalırıq.

Kakaonu töküb çalırıq.

Qabı yağlayıb unlayırıq.

Xəmiri töküb yayırıq.

170-180 dərəcə qızdırılmış sobada 20-25 dəqiqəyə bişiririk.

İlıq olanda qabdan çıxarırıq.

Üstünün kremini hazırlamaq üçün krem qaymağı ocaqda istidirik. Çalışın qaynamasın.
Sonra bura şokaladı əlavə edib dayanmadan qarışdırırıq. Tam qarışanadək.

İlıq olanda biskvitin üstünə töküb yayırıq.

Üstünü krem qaymaq, ağ şokalad və ya ləpələrdən istifadə etməklə bəzəyə bilərsiniz.

Nuş olsun!

Comments

comments