Ərzaqlar:
2 st süd
1 st duru yağ
1 ədəd yumurta
1/2 ç.q duz
3 x.q şəkər tozu
1 paket tez maya
1 paket vanil
Un aparanadək
İç üçün:
Nutella,çem və mürəbblər
Üz üçün: 1 ədəd yumurta
Hazırlanması:
Südü ilıq istidirik.
Südü, yağı, mayanı, duzu, yumurtanı, şəkər tozunuvə vanili bir qaba töküb qarışdırırıq.
Ələnmiş undan az-az töküb qarışdırırıq.Yumşaq xəmir düzəldirik.
Xəmiri qoyuruq isti yerdə 1-1,5 saata açıyır.
Xəmir açıdıqdan sonra ondan 8 kündə düzəldirik.
Bir çörək üçün 4 kündə olur.Bu xəmirdən 2 ədəd şirin çörək alınır.
Kündənin birini götürüb 1 sm qalınlıqda yayırıq. Oxlaovla ya da əl ilə
Üzünə nutella çəkirik.
İkinci və üçüncü kündəni də eyni qayda ilə yayıb üst-üstə qoyub nutella çəkirik.
Dördüncü xəmiri qoyuruq.
Xəmirin ortasna stəkan qoyub bıçaqla 16 yerə bölürük.
Sonra iki-iki əlimizlə alıb iki dəfə burub qoyuruq.Şəkildəki kimi çörəyi düzəldirik.(Yaxşı olar ki, xəmiri bir başa soba qabının içində edəsiniz ki, götürdükdə forması pozulmasın. Əgər etsəniz onda yanları ortaya sıra ilə qatlayıb əlinizə alıb qaba qoyub orda qatladığınız kimi açarsınız)
15-20 dəqiqə saxlayırıq.Sonra üzünə yumurta çəkirik.
200-210 dərəcə qızdırılmış sobada üzü tam qızıarana kimi bişiririk.
Eyni qayda ilə ikinci çörəyi hazırlayırıq.
Mən ikinçi çörəyə böyürtkən mürəbbəsi istifadə etdim.
Nuş olsun!