Ərzaqlar:
1.5 paket kakaolu petit-beurre qurabiyə
150 q kərə yağı
3 ədəd yumurta
400 q labnə pendiri
1 paket krem qaymaq (200q)
1/2 st şəkər tozu
1 x.q nişasta
1 x.q un
1 paket vanil
1 ədəd limonun qabığı
Üstü üçün:
1 paket krem qaymaq (200q)
1 paket qara şokalad(90 q)
1/2 paket ağ şokalad (45q)
Hazırlanması:
Qurabiyəni əzib un halına salırıq.
Üstünə yumşaq kərə yağını əlavə edib qarışdırırıq.
Diametri 26 sm qab götürüb qarışığı içinə töküb yayırıq. Yandan 2 sm hündürlükdə olmaqla düzəldirik.Hazırladıqdan sonra soyuducuya qoyuruq.
Labnə pendirini (suyunu süzüb) qaba tökürük. Üstünə şəkər tozunu əlavə edib mikserlə çalırıq.
Krem qaymağı sonra yumurtaları ardıcıl olaraq əlavə edib çalırıq.
Nişastanı, unu, vanili əlavə edib çalırıq.Limonu sertgəcdən keçirib qabığını əlavə edib çalırıq.
Soyuducudan qabı çıxarıb qarışığı töküb yayırıq.
160-170 dərəcə qızdırılmış sobada Bir saata bişiririk.
Bişib hazır olanda sobadan çıxarıb tam soyumasını gözləyirik. 15-20 dəqiqə kimi soyuducuda saxlayırıq.
Üzü üçün krem qaymaqdan 2 x.q bir qaba qalanını başqa qaba tökürük.
Əvvəlcə 2 x.q olanı ocaqda istidirik qaynamaq istəyəndə götürüb ağ şokaladı içinə töküb tam həll olanadək qarışdrırıq.
Sonra o biri qabdakı kremi istidirik. Eyni qayda ilə qara şokaladı əlavə edib tam həll olanadək çalırıq.
Qoyuruq hər ikisini bir kənara soyuyur.
Əvvəlcə qara şokaladı töküb yayırq.Sonra ağ şokalad ilə naxış salırıq.Zövqə görə istədiyiniz kimi bəzəyə bilərsiniz.
Hazır çizkeki 2-3 saat soyuducuda saxlayıb sonra süfrəyə verə bilərsiniz.
Nuş olsun!